Qətər yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Asiya təmsilçisini Karlos Keyroş çalışdıracaq. 70 yaşlı mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Karlos Keyroş son olaraq İran yığmasını çalışdırıb. Portuqaliyalı məşqçi DÇ-2022-dən sonra postunu tərk edib.