“Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi Nigeriya millisinin və “Loryan”ın hücumçusu Terem Moffini heyətinə cəlb edib.

23 yaşlı forvard bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Nitsa” 6 aylıq icarə üçün “Loryan”a 2.5 milyon avro ödəyib. Yayda onun transfer hüquqlarının alınması üçün 22.5 milyon avro ödəmək lazım gələcək.