İsveçrənin "Qrasshopper" klubunun formasını geyinən mllimizin üzvü Renat Dadaşov Super liqanın 19-cu turunda "Bazel"i (1:0) məğlub etdikləri matç haqda fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu oyundan sonra İnstaqram hesabında yazıb:

"Bu oyunu sevirəm. Möhtəşəm qələbə qazandıq. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Belə davam etməliyik".

Qeyd edək ki, Renat Dadaşov sözügedən qarşılaşmanın 61-ci dəqiqəsində meydana daxil olub.