Səudiyyə Ərəbistanı Superkubokunun dünən keçirilən yarımfinal oyununda Kriştiano Ronaldo gözlənilməz şüarla üzləşib.
Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr"ın hücumçusuna "Əl-İttihad"la matçda rəqib azarkeşlər maraqlı addım atıblar. Portuqaliyalı meydanda topa hər toxunuş etdikcə həmin fanatlar "Messi" şüarı səsləndiriblər.
Qeyd edək ki, Ronaldonun da start heyətində sonadək mübarizə apardığı görüş "Əl-İttihad"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.