"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent" klubu cərimələnib.

Offsideplus.az xəbər verir ki, buna azarkeşlərin "Brügge" ilə çempionat oyunundakı (2:0) davranışları səbəb olub.

Fanatlar priotexniki vasitələrdən istifadə etdiyi və təhqiredici şüarlar səsləndirdiyi üçün Belçika Futbol Federasiyası klubu 1500 avro cərimələyib.

Xatırladaq ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə 23-də Gentdə keçirəcək.