Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun da formasını geyindiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı Superkubokunda yarımfinal oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda bu mərhələdə "Əl-İttihad"la qarşılaşıb. Görüş "Əl-İttihad"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə "Əl-İttihad" finala yüksəlib. Onlar həlledici oyunda "Əl-Feyha" ilə qarşılaşacaqlar.

K.Ronaldo bu oyunda meydana start heyətdə daxil olub və sonadək mübarizə aparıb.