Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviçi heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, Kriştiano Ronaldonun çıxış etdiyi ərəb klubu 36 yaşlı qolkiper üçün "Everton"a təklif göndərib. İngiltərə təmsilçisi isə təklifi geri çevirib.

Yaxın günlərdə "Əl-Nəsr" klubunun cari mövsümün sonu müqaviləsinin müddəti başa çatacaq qapıçıya ikinci təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, Asmir Beqoviç cari mövsüm Frenk Lampardın rəhbərliyi altında 3 oyuna çıxıb.

Xatırladaq ki, Bosniya və Herseqovinadan olan qapıçı 2019-cu ildə "Bornmut"dan icarə əsasında "Qarabağ"da oynayıb.

d4fac52d f90b 38d0 abdf 0ad486ade391 850