Səudiyyə Ərəbistanı çempionatının XIV turunda "Əl-Nəsr" “Əl-İttifaq”la qarşılaşıb və minimal hesabla qalib gəlib: 1:0.
Offsideplus.az xəbər verir ki, "Əl-Nəsr"in qələbə qolunun müəllifi keçmiş "Beşiktaş"lı Taliska olub.
İlk rəsmi matçında debüt edən Kriştiano Ronaldo meydana kapitan sarğısı ilə start heyətdə çıxıb və sona qədər oynayıb. 38 yaşlı hücumçu 90 dəqiqə meydanda qalsa da, gözləntiləri doğrultmayıb. 25 000 tamaşaçının izlədiyi matçda portuqaliyalı ulduz 5 təkbətək mübarizədən yalnız 1-də qalib ayrılıb.
40 dəfə topa toxunan Kriştiano 8 dəfə topu itirib, 1-i dəqiq olmaqla 2 zərbə vurub.
Qeyd edək ki, "Əl-Nəsr" 16 komandanın yer aldığı Səudiyyə Ərəbistanı çempionatında 33 xalla liderdir.