“Qarabağ” klubunun yeni transferi Adama Diakabi Ağdam təmsilçisinin heyətində debüt edib.

Offsideplus.az xəbər verir ki, fransalı vinger bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində keçirilən “Rakov”la (Polşa) yoxlama matçının (0:3) 2-ci hissəsində 25 nömrəli forma ilə meydana çıxıb.

Xatırladaq ki, Diakabi bu gün Ağdam klubu ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.