Səudiyyə Ərəbistanı Kriştiano Ronaldoya “Əl Nəsr”də qazanacağı 500 milyon avrodan əlavə daha 200 milyon avro ödəyəcək.

Offsideplus.az xəbər verir ki, bu məbləğin qarşılığında portuqaliyalı ulduz 2030-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının namizədliyinin səfiri olacaq.

Maraqlısı budur ki, 2030-cu ildə keçiriləcək DÇ-yə ev sahibliyi etmək istəyən ölkələrdən biri də Ronaldonun vətəni Portuqaliyadır. Onun ölkəsinə qarşı mübarizə aparacağı da birmənalı qarşılanmayıb.