"Səbail" klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Polşa "Legiya"sı (Varşava) ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo (4) və Mirabdulla Abbasov (81-pen.) vurub.

Qeyd edək ki, "Səbail" hazırlıq prosesi zamanı daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.