Dünyanın ali futbol qurumu FİFA ilin ən yaxşı qapıçısı adına namizədləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, namizədlər sırasında Alisson ( “Liverpul”/Braziliya), Yassin Bunu (“Sevilya”/Mərakeş), Tibo Kurtua ( “Real”/Belçika), Dominik Livakoviç (“Dinamo Zaqreb”/ Xorvatiya), Mayk Menyen (“Milan”/Fransa), Emiliano Martines (“Aston Villa”/Argentina) və Manuel Noyer ("Bavariya"/ Almaniya) yer alıb.

Mükafatlandırma mərasimi gələn il fevralın 27-i keçiriləcək. Qalibə "The Best" mükafatı təqdim olunacaq.