Belçika Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent” də növbəti görüşünə çıxıb.

Adıçəkilən komanda 1/8 finalda “Serkl Brügge” ilə qarşılaşıb. Görüşün əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtda 2 qol vuran “Gent” adını 1/4 finala yazdırıb. Komandanın qollarını Huqo Kuypers (109) və Malik Fofana (119) vurub.

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.