Vitor Pereyranın Braziliya “Korintians”ındakı fəaliyyət qısa - 9 ay çəkib.
Offsideplus.az xəbər verir ki, rəhbərlik baş məşqçi ilə yolları ayırıb.
Bunu Braziliya klubunun prezidenti Duilio Monteyro Alveş yerli mətbuata açıqlamasında bildirib. O, portuqaliyalı mütəxəssisin rəhbərliyin qərarı ilə istefaya göndərildiyini deyib. Buna səbəb kimi komandanın qeyri-qənaətbəxş çıxışı göstərilib.
54 yaşlı Pereyra “Korintians”a fevral ayında təyinat almışdı.