Braziliyalı  mütəxəssis  Luis Felipe Skolari məşqçilik karyerasını başa vurub.

Offsideplus.az xəbər verir ki, bu barədə o, Braziliya mətbuatına aşıqlama verib.

Xatırladaq ki, bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin komandası Braziliya A seriyasını 6-cı pillədə bitirib. Bununla da komanda Libertadores kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.