“Korintians” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Braziliya təmsilçisinin prezidenti Duilio Monteyro Alveş bildirib.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
Qeyd edək ki, Vitor Pereyra 2022-ci ilin fevralından “Korintians”ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 64 oyuna çıxıb. 54 yaşlı mütəxəssis bu müddətdə 26 qələbəyə sevinib. 21 oyunda heç-heçə, 17 matçda məğlubiyyət qeydə alınıb.