Futbol üzrə İngiltərə yığma komandasının bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Qaret Sautgeyt 26 oyunçuya dəvət göndərib.
Qapıçılar: Cordan Pikford ("Everton"), Nik Poup ("Nyukasl"), Aaron Ramsdeyl ("Arsenal")
Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Lyuk Şou, Harri Maquayr (hər ikisi "Mançester Yunayted"), Kiran Tripyer ("Nyukasl"), Con Stounz, Kayl Uoker (hər ikisi "Mançester Siti"), Konor Kodi ("Everton"), Erik Dayer ("Tottenhem"), Ben Uayt ("Arsenal")
Yarımmüdafiəçilər: Cud Bellingem ("Borussiya" Dortmund, almaniya), Meyson Maunt, Rahim Sterlinq, Konor Qallaher (hamısı "Çelsi"), Kalvin Fillips, Cek Qriliş, Fil Foden (hamısı "Mançester Siti"), Cordan Henderson ("Liverpul"), Deklan Rays ("Vest Hem"), Bukayo Saka ("Arsenal"), Ceyms Maddison ("Lester")
Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem"), Kallum Uilson ("Nyukasl")
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə B qrupunda ABŞ, İran və Uels yığmaları ilə mübarizə aparacaq.