Almaniya 3-cü liqasında 13-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Verl”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3. 

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Ersgebirge” 13 turdan sonra 10 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.