Rusiyalı mütəxəssis Məhəmməd Adiyevin Qazaxıstan millisindəki taleyi məlum olub.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Qazaxıstan Futbol Federasiyası ilə müqavilənin müddətini uzadıb.
Yeni müqavilənin təfərrüatları açıqlanmayıb.
Qazaxıstan millisi UEFA Millətlər Liqasında Azərbaycan yığmasının yer aldığı qrupda 13 xalla lider olub və B Liqasına yüksəlib. Azərbaycan millisi isə 10 xalla ikinci yeri tutub.