Avropa Super Liqasının qarşıdakı 2-3 il ərzində başlaması planlaşdırılır.

Offsideplus.az xəbər verir ki, bu barədə layihənin yeni baş direktoru Bernd Reyxart danışıb. Onun sözlərinə görə, Avropa Superliqasının 2024/25 mövsümündə başlaması ehtimal olunur.

Xatırladaq ki, 2021-ci ildə aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi” (hamısı İngiltərə), “Real", “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) klubları Avropa Superliqasını yaratdıqlarını açıqlamışdılar. Sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb. Lakin bir müddət əvvəl yenidən sözgedən klublar layihəni gündəmə gətiriblər.