Futbol üzrə İsveçrə çempionatında XI turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshoper” bu turda səfərdə “Vintertur”la qarşılaşıb. Matç "Qrasshopper"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Renat bu görüşdə iştirak etməyib, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Qrasshopper” 11 turdan sonra 14 xalla 10 iştirakçı arasında 6-cı pillədədir.