UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqası layihəsinin 10-15 il ərzində yenidən irəli sürülməyəcəyini söyləyib.
Offsideplus.az xəbər verir ki, sloveniyalı funksioner Avropa Super Liqası layihəsinin ortaya çıxdığı vaxt 48 saat ərzində yemək yemədiyini dilə gətirib:
"Çox çətin günlər idi. Vaxtı gələndə bu haqda kitab da yaza bilərəm. Həmin günlərdə 48 saat ərzində yatmadım, yemək yemədim. 10-15 il ərzində bu kimi ideyaların bir daha ortaya çıxacağına şübhə edirəm. Öz eqoları üçün bir şeyləri iddia edən 3 klub prezidenti var. İngiltərə klubları bir daha bu layihəyə qoşulmayacaqlar. Avropa nəhəngləri olan bu klublar olmadan bir turnirin ciddiliyi ola bilməz".
Qeyd edək ki, Avropa Super Liqası layihəsində geri addım atmayan klublar "Real", "Barselona" və "Yuventus"dur.