Futbol üzrə Almaniya 3-cü liqasında 10-cu turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” doğma meydanda “Meppen”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Nazarov da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Dmitri 45+4-cü dəqiqədə komandasının ikinci qolununun müəllifi olub.
Qeyd edək ki, “Erzebirge” 6 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb