Slaven Biliçin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı İngiltərə Çempionşip təmsilçisi "Uotford"un baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssislə 1.5 ilik sözləşmə imzalanıb. O, istefaya göndərilən Rob Edvardsı əvəzləyib.

Qeyd edək ki, S.Biliç son olaraq Çinin "Beijinq Qoan" klubunda iş başında olub.