"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu haqda Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi “Nottingem Forest"dən Coş Bouleri heyətə cəlb edib. 29 yaşlı oyunçu İngiltərə klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə keçirəcək . Tərəflər arasında 2-ci görüş isə oktyabrın 13-də Bakıda baş tutacaq.