"Stok Siti" klubu "Mançester Siti"nin hücumçusu Liam Delapı icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı oyunçu 2022/2023 mövsümünü icarə əsasında sözügedən klubda keçirəcək və 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Liam Delap 2006-2013-cü illərdə "Stok Siti"də çıxış edən İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Rori Delapın oğludur.