"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Kriştiano Ronaldonu transfer etməkçün daha bir klub dövrəyə girib.

 Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, Braziliyanın "Korintians" klubu 37 yaşlı hücumçunu sıralarına qatmaq üçün hərəkətə keçib. 

Klubun prezidenti Duilio Monteyro Alves məsələ ilə bağlı danışarkən "futbolda hər şey mümkündür", - deyib.

Braziliya təmsilçisi portuqaliyalı oyunçunu transfer etməkdə israrlıdır.

Qeyd edək ki, Kriştiano Ronaldo 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. Onun komandadan ayrılacağı gözlənilir.