Portuqaliya yığma komandasının sabiq üzvü Manuel Fernandesin yeni ünvanı bəlli olub.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını "Sepahan"da davam etdirəcək. Bu barədə İran klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli oyunçu ilə 1 illik sözləşmə imzalanıb.
Manuel Fernandes karyerası ərzində "Benfika", "Everton", "Valensiya", "Beşiktaş", "Lokomotiv" (Moskva) kimi klublarda çıxış edib. O, son olaraq isə Yunanıstanın "Apollon" komandasında oynayıb.