Türkiyənin "Trabzonspor" klubundan ayrılan Jervinyonun yeni klubu müəyyənləşib. 

 Offsideplus.az xəbər verir ki, Fil Dişi Sahili millisinin sabiq hücumçusu karyerasını Yunanıstanın "Aris" komandasında davam etdirəcək. Bu barədə adıçəkilən klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Yunanıstana yollanıb. Bu məsələlər bitdikdən sonra təcrübəli oyunçu ilə sözləşmə imzalanacaq.

Qeyd edək ki, Jervinyo  2021-ci ilin yayından Trabzon təmsilçisində oynayırdı. O, geridə qalan mövsüm klubun heyətində 13 oyunda 2 qol vurub, 1 asisst edib.