Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Qaziantep" klubu ilə üz-üzə gəlib. Superliqa təmsilçisi ilə görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edən "Neftçi" növbəti görüşündə "Sivasspor"a uduzub - 0:1.