"İnter" klubundan ayrılan  Arturo Vidalın yeni komandası bəlli olub.

 Offsideplus.az xəbər verir ki. 35 yaşlı futbolçu "Flamenqo" klubu ilə müqavilə imzalayıb. Çilili yarımmüdafiəçi  2023-cü ilin sonuna qədər Braziliya təmsilçisində çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Çili millisində çıxış edən Arturo Vidal yeni klubuna azad agent qismində transfer olunub.