Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" növbəti yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yeni mövsüm Almaniya 3-cü liqasında mübarizə aparacaq Aue klubu ölkənin bölgə liqası təmsilçisi "SV Leukersdorf"la üz-üzə gəlib. Matç "Ersgebirge"nin 29:0 hesablı qələbəsi ilə başa çatıb.

Dmitri Nazarov start heyətdə meydana çıxıb və 2-ci hissədə əvəzlənib. 14 qolun vurulduğu ilk hissədə millimizin üzvü də het-trik edib. O, 8, 22, 36-cı dəqiqələrdə fərqlənib.