“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" yeni mövsüm öncəsi sonuncu yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Poznan klubu “Yagelloniya” ilə qarşılaşacaq. İyunun 28-də keçiriləcək matç media və azarkeşlər üçün qapalı olacaq. 

Xatırladaq ki, “Qarabağ” iyulun 5-də səfərdə "Lex"lə qarşılaşacaq. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.