Bu gün UEFA Region Kubokunun Azərbaycanda təşkil olunan ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti matç baş tutub.

Offsideplus.az xəbər verir ki, "ASK Arena"da Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə üz-üzə gəlib. FİFA referisi Elçin Məsiyevin baş hakim olduğu matçda Qazaxıstan təmsilçisi" 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təmsilçimiz "Cəbrayıl" 2-ci qrupda mübarizə aparır. Azərbaycan klubu ilk oyunda "Kolos"a (Belarus) 1:2 hesabı ilə uduzub.