"Komandadakı ab-hava çox yaxşıdır. Məşqlərimizi davam etdiririk".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin yeni transferi İlkin Qırtımov deyib.

O, Konfrans Liqasındakı rəqibləri olan Macarıstanın "Fehervar" klubun qarşı oyuna ciddi hazırlışdıqlarını deyib:

"Rəqibimiz çox yaxşı komandadır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Heyətimiz də yaxşıdır. İnşallah, azarkeşlərimizi avrokuboklarda sevindirmək istəyirik".

Qırtımov "Qəbələ"yə keçməsinin bəzi kütlə tərəfindən tənqid olunmasının normal hal olduğunu bildirib:

"Bəzi tənqidlər normaldır. Hər bir futbolçunun oyununu bəyənənlər də var, bəyənməyənlər də. Bizim işimiz meydanda ən yaxşı oyunumuzu göstərməkdir. Bunun üçün də əlimdən gələni edəcəm".

Cavid Əliyev