“Qəbələ” 2022-2023-cü illər mövsümünün hazırlığına start verib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” mövsümlərarası fasilədəki istirahəti başa vuraraq bir araya gəlib. Bu gün komandamızın ilk məşqi baş tutub. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərlə başlayıb. Futbolçular məşqi toplu və topsuz çalışmalarla davam etdirib.
Xatırladaq ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 30-da başa çatacaq.