Millimizin və "Trabzonspor"un hücumçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidi rəsmiləşməyib.
Offsideplus.az xəbər verir ki, "bordo-mavililər"in düşərgəsində məşqlərə başlayan 22 yaşlı forvardın Avstriya klubuna transferi tezliklə açıqlanacaq. Bu barədə klubun baş məşqçisi Gerald Baumqartner məlumat verib. O, bildirib ki, Ramil bu həftə “Mattersburq” klubunun düşərgəsinə qoşulacaq və rəsmi sözləşmə imzalayacaq. Baş məşqçi bundan sonra 2 yarımmüdafiəçi alacaqlarını qeyd edib.
Qeyd edək ki, Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib.