Hazırda Zaqreb "Dinamo"sunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli "Legiya"da bu mövsümün ən yaxşı bombardiri olub.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu qış fasiləsində Varşava təmsilçisindən ayrılmasına baxmayaraq, klubun bu mövsümün ərzində ən qol vuran futbolçusudur. O, 2021/2022 mövsümünün ilk yarısında 11 qol və 1 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, M.Emreli bu ilin fevralında "Dinamo" ilə 4.5 illik müqavilə imzalayıb.