Xəbər verdiyimiz kimi, "Qəbələ"nin futbolçusu Ürfan Abbasov əməliyyat olunub.
29 yaşlı müdafiəçinin son durumunu öyrənmək üçün "qırmızı-qaralar"ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Ürfanın əməliyyatı yaxşı keçdi, amma yaşıl meydanlara 5-6 aya qayıdacaq. Çünki çarpaz bağlarında problem var idi və hazırlığı uzun çəkəcək".
Qeyd edək ki, "Qəbələ" yeni mövsümdən Azərbaycanı Konfrans Liqasında təmsil edəcək.
Cavid Əliyev