"Komandaların sayı çox olsaydı, çempionat daha da maraqlı keçəcəkdi".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

O, başa çatan mövsümün maraqlı keçdiyini diqqətə çatdırıb:

"Düşünürəm ki, bu mövsüm maraqlı alındı. 3-4 komanda Konfrans Liqasına düşmək üçün mübarizə aparırdı. Bu da sevindirici hal idi. Məncə, növbəti mövsüm daha da maraqlı olacaq".

Sultanov bu mövsüm ərzində özü üçün sürpriz olan komanların da olduğunu deyib:

"Düzünü desəm, "Qəbələ"dən bu performansı gözləmirdim. Çünki mövsümün əvvəlində heyətlərini tam gücləndirə bilməmişdilər. "Sabah"ın çıxışı çempionata maraq qatdı. Yaxşı mübarizə apardılar. "Zirə" isə mövsümün əvvəlində yaxşı təlim-məşq toplanışı keçmişdi, bu da özünü çempiontda göstərdi".

Ceyhun bəy yeni mövsümdən komandalarımızın avrokuboklardakı çıxışını da dəyələndirib:

"Konfrans Liqasında çıxış edəcək komandalar heyətlərini gücləndirə bilmsələr, nəticə əldə etmək çətin olacaq. Bu heyətlə qabağa getmək çox çətindir".

Sabiq futbolçu Azərbaycan kubokunun finalında keçiriləcək "Qarabağ" - "Zirə" oyunu barədə də fikirlərini bildirib:

"Final bir oyundan ibarət olduğu üçün şansları eyni qiymətləndirirəm".

Cavid Əliyev