"Kosova üzərindəki qələbə bizə ruh yüksəkliyi verəcək".

Bu sözləri Offsideplus.az-a açıqlamasında 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının hücumçusu Yusif Bünyatov  AÇ-2022-nin təsnifat mərhələsində Kosova üzərində qələbə qazandıqları oyun barədə danışarkən deyib.

O, dünənki Kosova üzərindəki qələbəni belə şərh edib:

"İlk öncə dünən qazandığımız qələbə münasibətilə başda məşqçilər heyətimiz olmaqla bütün oyunçuları təbrik edirəm. Dünən birlik göstərdik və möhtəşəm qələbə qazandıq. Bu qalibiyyətdə hər kəsin əməyi var".

Bünyatov bu gün Niderlandla keçiriləcək qarşılaşma barədə də fikirlərini bildirib:

"Bu gün son Avropa çempionuna qarşı oynayacağıq. Bizi çox çətin oyun gözləyir, yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik".

Gənc voleybolçu Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlarına inandığını deyib:

"Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mən komandaya inanıram. İnşallah, məqsədimizə çatacağıq".

Cavid Əliyev