"Şükürlər olsun ki, qalib gəldik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov dünən "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.
O, bu qələbinin onlar üçün vacib olduğunu diqqətə çatdırıb:
"Çox vacib üç xal qazandıq. Özü də "Neftçi" kimi bir komanda üzərində. Buna görə çox sevincliyik".
Məmmədov komandanın avrokubok şanslarını da dəyərləndirib:
"Hazırda "Sabah"dan 2 xal öndəyik. Avrokubok şanslarımızı eyni qiymətləndirərdim. Çünki son turda da bu komandayla matçımız var. Məqsədimiz odur ki, azarkeşləri sevindirək".
Təcrübəli futbolçu "Şamaxı" ilə matçın onlar üçün final olacağını bildirib:
"Şamaxı" ilə səfərdə oyunumuz var. Bu matç bizim üçün final qarşılaşması olacaq. Hər şey bu görüşdən asılı olacaq".
Kapitan karyerasını bitirib-bitirməyəcəyi haqda da danışıb:
"Bu sualı çox adam mənə verir. Bu gün 25 oyunda meydana çıxıb komandama kömək edə bilirəmsə, demək ki, oynaya bilərəm".
Cavid Əliyev