Futbol üzrə Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Manisaspor"la qarşılaşıb.

Görüş Bursa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Namik Ələskərov 46-cı dəqiqədə - hesab 1:1 olanda əvəzlənib.

"Bursaspor" bu nəticədən sonra 38 xalla 19 komanda arasında 17-ci pillədə qərarlaşıb.