Bir müddətdir "Sumqayıt"ın düşərgəsində məşq keçən Vüsal İsgəndərlinın mövsümün sonunda hansı kluba keçəcəyi maraqla gözlənilir.

Məsələylə bağlı 26 yaşlı oyunçunun özü ilə əlaqə saxladıq.

İsgəndərli Offsideplus.az-a açıqlamasında bunları dedi: "Formada qalmaq üçün "Sumqayıt"ın məşqlərində iştirak edirəm. Mənə bu şəraiti yaratdıqlarına görə, komandanın rəhbərliyinə təşəkkür edirəm. Karyeramla bağlı isə mövsümün sonunda danışacam".

Qeyd edək ki, Vüsal martın 28-də Türkiyənin "Keçiörəngücü" ( Ankara ) klubu ilə yollarını ayırmışdı.

Cavid Əliyev