Məlumata görə, "Sabah" hazırda Rusiya 1-ci divizionunda mübarizə aparan "Baltika" klubunun 20 yaşlı azərbaycanlı hücumçusu Tamerlan Musayevlə maraqlanır.

 Məsələni dəqiqləşdirmək üçün "tələbələr"in mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hazırda transfer çalışmalarımız aktiv fazaya keçməyib. Transferlərlə bağlı məsələlərə mövsüm bitdikdən sonra, yay fasiləsində aydınlıq gələcək. Bu istiqamətdə hər hansı yenilik olsa, rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Musayev 2020-ci ildən Kalininqrad təmsilçisində top qovur.

Cavid Əliyev