Türkiyə 1-ci liqasında 33-cü turun oyunları baş tutub.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Komanda səfərdə “Ümraniyəspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Vüsal İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, “Keçiörengücü” 33 turdan sonra 38 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.