Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova "feysbuk" hesabında etdiyi paylaşımla diqqəti cəlb edib.

Offsideplus.az xəbər verir ki, o, azarkeşləri "Fənərbağça" və  "Şaxtyor" (Donetsk)  arasında bu gün İstanbulda keçiriləcək  xeyriyyə matçı üçün bilet almağa dəvət edib: "Bu gün "Fənərbağça" stadionunda "Şaxtyor"la oyun olacaq. Matçdan əldə olunacaq bütün gəlirlər Ukraynadakı uşaqlara gedəcək. Mən də orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq!"

 

Qeyd edək ki, qarşılaşma bu gün saat 18:00-da başlayacaq.

Bildirək ki, Polina Rəhimova 2007/2020-ci illər aralığında Azərbaycan millisinin şərəfini qoruyub.