"Latsio" klubunun hücumçusu Çiro İmmobile İtaliya millisindəki karyerasını başa vurmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İtaliya millisinin Argentina ilə yoldaşlıq oyunu (1 iyun) 32 yaşlı hücumçunun millidəki sonuncu matçı olacaq.
O, DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlubiyyətə (0:1) görə azarkeşlərin tənqidindən sonra bu qərarı verib. Azarkeşlər Çironu millidə klubdakı kimi oynamamaqda ittiham ediblər.