Fil dişi Sahili millisinin əfsanəvi futbolçusu Didye Droqba ölkənin futbol federasiyasının prezidenti ola bilər.

Offsideplus.az  "Africa News"a istinadən xəbər verir ki, bu postda altı namizəd var. Bunlar Yatte Ellele Jan-Batist, Arnaud Aka, Loran Kouaku, İdris Diallo, Sori Diabate və Didye Droqbadır.

Droqba seçki haqda bunları deyib:"Kampaniyanın başlamasını səbirsizliklə gözləyirəm. Seçilsəm, Fil Dişi futboluna həyat verəcəyimə inanıram".