UEFA İcraiyyə Komitəsi maliyyə feyr-pleyi qaydalarına dəyişikliyi təsdiq edib.

Offsideplus.az xəbər verir ki, yeniliyə əsasən, gələcəkdə klublar transferlərə, maaşlara və məsləhət haqlarına ümumi gəlirin maksimum 70 faizini xərcləyə biləcəklər.

Yeni qayda 2022-ci ilin iyununda qüvvəyə minəcək. Klublara uyğunlaşmaq üçün lazımi vaxt vermək üçün dəyişiklik üç il ərzində mərhələli şəkildə həyata keçiriləcək.